Sabunçudakı yanğın söndürüldü -YENİLƏNDİ

media-hightechnic-468x90

Bakının Sabunçu rayonunda açıq ərazidəki yanğın söndürülüb.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Sabunçu qəsəbəsində açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, həmçinin yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***19:48

Bakının Sabunçu rayonunda açıq ərazidə yanğın baş verib.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə Sabunçu qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05