ABŞ ucuz qanadlı raketlərin kütləvi istehsalına başlayacaq
ABŞ Hərbi Hava Qüvvələri FAMM proqramı çərçivəsində ucuz qanadlı raketlərin seriyalı istehsalına 2026-cı ilin sentyabrında başlamağı planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi “Kennet Uilsbek” məlumat verib.
O bildirib ki, FAMM təşəbbüsü çərçivəsində raketlərin bu ilin sentyabrında istehsala buraxılması nəzərdə tutulur. Uilsbek qeyd edib ki, həm Yaxın Şərqdə, həm də Avropada baş verən hadisələr kütləvi istehsalın və yüksək sürətli istehsal imkanlarının vacibliyini göstərib.
Onun sözlərinə görə, kütləvi istehsal düşmənin müdafiəsini çətinləşdirən əsas amillərdən biridir.
Qeyd edək ki, FAMM proqramı “Tomahawk” və “AGM-158 JASSM” kimi ənənəvi ABŞ raket sistemləri ilə müqayisədə daha ucuz raketlərin hazırlanmasını və geniş istehsalını nəzərdə tutur.













