!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya Türkiyə ilə hesablaşır: "Bu, rəsmi Ankaranın qələbəsidir" - ŞƏRH

!Reklam – Yazi

“Rusiya NATO-nun əməkdaşı yox, bundan sonra hədəfinə çevriləcək”.

Bu sözləri Finlandiya ilə İsveçin NATO-ya üzv olması üçün bu ölkələrlə Türkiyə arasında memorandumun imzalanmasını şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Türkiyə istəyinə nail olub:

“NATO toplantısı bu gün və sabah da davam edəcək. NATO-nun Baş katibi Yens Stoltenberq əvvəlcədən bəyan etmişdi ki, Türkiyə, Finlandiya və İsveç arasında toplantı olacaq. Həmin görüş baş tutdu. Türkiyənin irəli sürdüyü şərtlər hər iki dövlət tərəfindən qəbul olundu. Təkliflər hüquqi cəhətdən həm qanunvericilikdə dəyişiklikdən, həm də müəyyən öhdəliklərdən ibarətdir. Öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar vaxt lazımdır. İsveçin və Finlandiyanın radikal politoloqları və siyasətçiləri qəti bəyanat verirdilər ki, NATO-ya daxil olmaqla əlaqədar Türkiyənin təkliflərini qəbul etmək olmaz. Dünən artıq bu baş verdi. Baş verən hadisə Türkiyənin qələbəsidir. Madrid toplantısından Türkiyə uduşla çıxdı.

NATO-da əsas söz sahibi ABŞ-dir. Yəqin ki, ABŞ ilə Türkiyə arasında müəyyən yumuşalmalar baş verəcək. Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da bildirdi ki, ola bilsin, Co Baydenlə Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Yəqin ki, bu görüş baş tutacaq. Yəqin ki, görüşdə həm Egey dənizindəki adalarla bağlı məsələ müzakirə olunacaq. F-16-ların modernləşdirilməsi ilə əlaqədar iki ölkə arasında anlaşma da əldə edilə bilər. Türkiyə bir daha təsdiq etdi ki, tərəfdaşlarına qarşı düzgündür və əsas istəyi NATO-nun böyüməsi və güclənməsidir”.

Səxavət Məmməd

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv