“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq.
Yenicag.azxəbər verir ki, Hindistan dünyada ilk dəfə lazer interneti tətbiq edən ölkə olmaq məqsədilə işlərə start verilib.
“Google” holdinqə daxil olan “Alphabet” şirkəti Hindistanın əlaqə operatoru “Bharti Airtel” ilə əməkdaşlığa başlayıb.
Dünyanın ən sıx məskunlaşdığı, əhali sayı 1,5 milyarda yaxınlaşan Hindistanda internet infrastrukturunun yaradılması böyük problemdir. Texnologiya nəhəngi “Google” isə bu məqsədlə fiberoptik kabellər yerinə güclü lazerlərdən istifadə edir. Bu texnologiya peyk internetinə ucuz alternativ ola bilər.
www.yenicag.az