Dünyanı Rusiyaya qarşı birləşməyə çağırdı

media-hightechnic-468x90

108168_res_01Ukrayna prezident Pyotr Poroşenko dünya ictimaiyyətini Rusiyanın təcavüzünə qarşı birləşməyə çağırıb.

Dövlət başçısı çağırışı İkinci Dünya Müharibəsinin başa çatmasının 70-ci ildönümü ilə bağlı Ukrayna xalqına etdiyi müraciətində səsləndirib.

Poroşenko qeyd edib ki, İkinci Dünya Müharibəsinin faciələrindən nəticə çıxarılmalı və təcavüzkar birgə səylərlə dayandırılmalıdır.

“Müharibə və sülh məsələləri bu gün yenidən dünyanın gündəliyində birinci yerdədir. Rusiya Federasiyası beynəlxalq hüququ həyasızcasına tapdalayıb, Krımı zəbt edib və Donbas hövzəsində silahlı konflikt yaradıb. Rusiya bu gün Avropa və dünya təhlükəsizlik sistemini yenidən dağıdır”, – Ukrayna prezidenti söyləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600