!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən böyük aerokosmik festivalı və Türkiyənin müstəqillik rəmzi - “TEXNOFEST”

!Reklam – Yazi

Türkiyə Texnologiya Komandası Vəqfi (T3) ilə Sənaye və Texnologiya Nazirliyinin koordinasiyasında, Türkiyədə milli texnologiyanın inkişafında mühüm rol oynayan bir çox təşkilatın ortaqlığı ilə təşkil edilən “TEXNOFEST”, 27 aprel – 1 mayda İstanbulda Atatürk Hava Limanında keçirilib. Festival 2, 5 milyon ziyarətçi ilə dünyada təşkilatçılıq rekordu qırıb.

Yenicag.az xəbər verir ki, 2018-ci ildə ilk dəfə İstanbulda keçirilən “TEXNOFEST” Türkiyə xalqı və dost ölkələr üçün qürur mənbəyinə çevrilib. Hər il fərqli şəhərlərdə təşkil olunan “TEXNOFEST”də Türkiyənin müdafiə sənayesi və yüksək texnologiya sahəsində imza atdığı yeniliklər sərgilənir, insanlar bu yeniliklərlə tanış olur.

Bu ilki “TEXNOFEST” də yeniliklərlə fərqləndi. Belə ki, festivalda ilk dəfə olaraq “Bayraktar TB-3” pilotsuz uçuş aparatı (PUA), mini ağıllı raket “Bayraktar KEMANKEŞ” və digər yeniliklər sərgiləndi.

“TEXNOFEST” çərçivəsində çıxış edən “BAYKAR” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bu festivalın Türkiyədə yüksək texnologiya, müdafiə sənayesi sahəsi, həmçinin PUA-ların istehsalında daha böyük uğurlara imza atılmasına təşviq edəcəyini bildirib. O, “Bayraktar TB-3”ün bu il ərzində ilk uçuşunu gerçəkləşdirəcəyini qeyd edərək, Türkiyənin PUA sahəsində lider ölkəyə çevrildiyini də vurğulayıb. Belə ki, “Bayraktar TB-2” dünyanın ən çox ixrac edilən və ən çox döyüşlərdə iştirak edən silahlı pilotsuz uçuş aparatı olub.

Bu il “TEXNOFEST”də 102 müxtəlif kateqoriya üzrə 41 əsas yarış keçirilib və bu yarışlarda 332 min komanda və 1 milyondan çox rəqib iştirak edib. Yarışlarda 13 milyon TL-dən çox mükafat və 30 milyon TL-dən çox maddi dəstək verilib. Bu baxımından, “TEXNOFEST” gənclərin bu sahəyə yönəlməsi üçün ən uğurlu platforma adlandırıla bilər.

 

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv