Düşmən bu rayonlarımızı yenidən atəşə tutdu

Düşmən yaşayış məntəqələrimizi atəşə tutub.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.