Tarixi yenidən yazan Azərbaycan Prezidenti: "İlham Əliyev xalqın dəstəyi ilə mümkünsüzü bacardı"

media-hightechnic-468x90

“İlham Əliyev bizim əlimizi-qolumuzu bağlayan, bizi limitləşdirən çərçivədən çıxaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail oldu”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib. media-tural-genceliyev

Deputat ölkə rəhbəri İlham Əliyevin 22 illik hakimiyyətini xarakterizə edib:

“Cənab prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində görülmüş işlər haqqında danışsaq, biz günlərlə danışa bilərik. 2003-cü ildə hakimiyyətə gələn cənab prezidentin hazırda Azərbaycanı yetişdirdiyi zirvədən durub yaxın keçmişə baxanda, həqiqətən də, nə qədər şərəfli bir yol qət etdiyimizi görürük. Bütün dünyanın geosiyasi gündəmini dəyişən əsas şəxs olan İlham Əliyevin əldə etdiyi uğur Azərbaycanın suverenliyini və torpaqlarını işğaldan azad etməsidir. Bizim gözümüzün önündə müharibələr davam edir, Azərbaycan istisna olmaqla, heç bir münaqişə həll edilməyib. Məsələn, bütün Avropanın, NATO-nun dəstək verdiyi Ukrayna öz ərazi bütövlüyünü bərpa edə bilmir. Cənab Prezident isə bütün dünya güclərinin Azərbaycana qarşı olduğu 2020-ci ildə təkbaşına liderliklə öz ordusunu arxasınca apararaq mümkünsüzü bacardı”.

T. Gəncəliyev qeyd edib ki, Azərbaycan geosiyasi meydanda güclü aktora çevrilib:

“Onun sayəsində bizim əlimizi qolumuzu bağlayan, bizi limitləşdirən çərçivədən çıxaraq Ermənistan-Azərbaycan münaqişəsini həll edilib. Bu gün bütün dünya gücləri Azərbaycanla əməkdaşlığa can atır ki, bu da cənab prezidentin hakimiyyətdə olduğu illərə təsadüf edir. Siyasi və hərbi məsələlərlə yanaşı, iqtisadi məsələlərdə də güclü işlər görülüb. Ulu Öndər Heydər Əliyevin dövründə bünövrəsi qoyulmuş böyük geoiqtisadi layihələr öz məntiqi ardıcıllığı ilə İlham Əliyevin dövründə davam edir. Azərbaycan Orta Dəhliz, şərq-qərb və şimal-cənub dəhlizi üzərində yerləşən açar ölkədir. Bu gün regionun enerji təhlükəsizliyini təmin edirik, Gürcüstan da artıq Azərbaycanın enerji təhlükəsizliyi çətiri altında yer almağa başlayıb. Avropa İttifaqına töhfələrimiz də ayrı mövzudur. 14 xarici ölkəyə qaz ixrac edirik. Onun 11-i Avropa, onlardan 8-i isə Aİ ölkəsidir. Aİ-nin 3/1-i cənab prezidentin apardığı siyasətin nəticəsində rəsmi Brüsseldən daha çox Azərbaycanla əməkdaşlığa maraqlıdır”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa