İki müğənni arasında KÜSÜLÜLÜK: “Mən o kişilərdənəm ki…”
“Mən o kişilərdənəm ki, üzr istəməyi və səhvimi də etiraf etməyi bacarıram”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əməkdar artist Sahib İbrahimov “Günə uğurla” verilişində deyib.
O aparıcı Yalçın Uğurun “sizi küsülü həmkarınız Vasif Məhərrəmli ilə barışdırmaq istəyiərm, razısınız” təklifinə etiraz edib:
“Səbəb ondadır, özü yaxşı bilir nə baş verib. Zəng etsəz də onunla danışmayacağam. Nöqtə, nöqtə və nöqtələr. Məni tanıyan el-oba bilir mən hansı xislətdə olan insanam.
Kişinin böyüklüyü, aliliyi, ucalığı ondadır ki, səhvini başa düşüb üzr istəməyi bacarsın. Nə süddən çıxmış ağ qaşıq, nə göydən yerə enən mələk deyiləm. Olub ki, Olub ki, məclis zamanı musiqiçilərimlə qaba davranmışam, səsimin tonunu qaldırmışam. Allah şahidim olsun ki, toy qurtarandan sonra onları qucaqlayıb öpmüşəm ki, sizə qurban olum, məni Allah rizası üçün bağışlayın, xətrinizə dəymişəm. Onlar bilir necə ürək sahibiyəm. Mən o kişilərdənəm ki, üzr istəməyi və səhvimi də etiraf etməyi bacarıram”.
Nehru












