Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Düşmən Zəngilan istiqamətində hücuma cəhd göstərdi: Canlı qüvvəsi məhv edildi - RƏSMİ

Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.

Yenicag.az xəbər verir ki, bu barədə azərbaycanın Müdafiə Nazirloiyi məlumat yayıb.

Bildirilib ki, düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub.

Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb.

Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.

www.yenicag.az

271