Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ebekovulkanında partlayış - Kül şəhərə yağış kimi yağdı - VİDEO

Rusiyanın Kuril adalarından biri olan Paramuşir adasında Ebeko vulkanında partlayış baş verib.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  partlayışdan sonra kül 3.5 km hündürlüyə çatıb.

Daha sonra göyə yayılan kül Severo-Kurilsk şəhərində yağış kimi yağıb.

Püskürmədən sonra yayılan qatı kül tozuna görə aviasiya üçün “narıncı” kod təhlükəsi elan edilib.

Ancaq əhalinin həyatı üçün heç bir təhlükə olmadığı qeyd edilib.

Ebeko vulkanı Şimali Kurilsk şəhərindən yeddi kilometr şimal-qərbdə yerləşir. Onun hündürlüyü 1156 metrdir. Bölgədəki ən aktiv vulkanlardan biri olduğu bildirilir.

Ebeko vulkanı 2016-cı ilin noyabrında aktivləşib.

www.yenicag.az

639