!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqan miqrant soydaşımızı belə qətlə yetirdi - ŞOK TƏFƏRRÜAT

!Reklam – Yazi

İyulun 4-də Almaniyada Azərbaycan Respublikasının vətəndaşı qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinn Qreven şəhərində qeydə alınıb. Elmir Fərzəliyev adlı Azərbaycan vətəndaşı yaşadığı yataqxanada ölü tapılıb.

Hadisənin təfərrüatı məlum olub.

Belə ki, 25 yaşlı Əfqanıstan vətəndaşı (C.Ş.) narkotik maddənin təsiri altında Azərbaycan vətəndaşı 35 yaşlı Elmir Fərzəliyevə bıçaqla hücum çəkib. Boynundan bıçaq zərbəsi alan Elmir özünü bayıra ataraq yerə yıxılıb. C.Ş. isə arxasınca gedərək ona 5 dəfə bıçaq zərbəsi endirib. Elmirə kömək etməyə çalışan 43 yaşlı alman qonşusu (S.K.) da boynundan və bel nahiyyəsindən bıçaq zərbələri alıb.

Cinayəti törətmiş şəxs küçəyə çıxaraq əli qanlı və bıçaqla “Allahu Əkbər”, “La ilahə illəllah”, “Bütün xristianları, yəhudiləri öldürəcəyəm” kimi ifadələr səsləndirib. Polis avtomobilinin sirena səsini eşidən qatil yaxınlıqdakı meşəliyə doğru qaçaraq gizlənməyə çalışıb.

Gecə saatlarında onun axtarışı üçün xüsusi texnika və helikopter cəlb olunub. Cinayətkar sazlanılsada, əməlini inkar edib. Cinayət aləti olan bıçağı isə gizlədə bilib. Cinayət alətinin axtarılmasın xüsusi xidməti itlər cəlb edilib.

Cinayət İstintaq şöbəsinin rəhbəri Dirk Bommetrin başçılığı ilə hadisənin detalları, faciəyə sürükləyən səbəblər araşdırılır.

Qeyd edək ki, bıçaq zərbələri alan qonşu isə hazırda xəstəxanadadır, vəziyyəti ağır olaraq dəyərləndirilir.

2015-ci ildən Almaniyada yaşayan Əfqanıstan vətəndaşı C.Ş.-nin daha öncə də müxtəlif hüquq pozuntuları olduğu qeyd edilir.

Həmyerlimizin xatirəsini yad etmək üçün şəhər bələdiyyəsi tərəfindən anım tədbiri təşkil ediləcək.

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv