!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqanıstanda matəm elan olundu

!Reklam – Yazi

Əfqanıstan Prezidenti Əşrəf Qani mayın 8-də Kabildə məktəbin yaxınlığında baş vermiş partlayışla əlaqədar 11 may tarixini milli matəm günü elan edib.

Yenicag.az xəbər verir ki, Ə.Qani 63 nəfərin həlak olduğu partlayışı insanlıq əleyhinə cinayət adlandırıb.

O, Taliban və İŞİD kimi təşkilatların qəddar hücumlarla əfqan uşaqların oxumasına mane olmağa və insanların gələcəyə ümidlərini zəiflətməyə çalışdıqlarını vurğulayıb:

“Əgər onlar öldürməyi dayandırmasalar, insanların nifrətinə və əfqan təhlükəsizlik qüvvələrinin daha çox təzyiqinə məruz qalacaqlar”.

Bundan əlavə, Ə. Qani həlak olanların ailələrinə kompensasiya verilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, mayın 8-də Kabildə məktəb yaxınlığında partlayış baş verib. Nəticədə əksəriyyəti şagirdlər olmaqla 63 nəfər ölüb.

www.yenicag.az

521
Ads
www.veteninfo.com
!Reklam – Arxiv