!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əfsanəvi futbolçu Rossi vəfat etdi

!Reklam – Yazi

İtaliyanın əfsanəvi futbolçularından olan Paolo Rossi 64 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, müalicəsi mümkün olmayan xəstəlik Rossinin ölümünə səbəb olub.

Qeyd edək ki, Paolo Rossi 1982-ci ildə İspaniyada keçirilmiş dünya çempionatının qalibi və altı qolla bombardiri olub.

O, həmin mundialda Braziliyaya 3:2 hesabı ilə qalib gəldikləri görüşdə het-trik etməsi ilə yadda qalıb. Elə həmin il Avropanın ən yaxşı futbolçusuna verilən “Qızıl top”a layiq görülüb.

Qeyd edək ki, Paolo Rossi karyerası ərzində “Yuventus”, “Komo”, “Viçentsa”, “Milan” və “Verona” klublarında çıxış edib. O, İtaliya millisində 48 oyuna 20 qol vurub.

www.yenicag.az

727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv