Ekvadorda vəziyyət hər saat pisləşir.
Yenicag.az xəbər verir ki, banda üzvləri ilə toqquşmalarda azı 14 mülki şəxs, polis və həbsxana mühafizəçisi öldürülüb və edam edilib.
Sosial şəbəkələrdə quldurların həbsxana nəzarətçilərini güllələyib asmasını əks etdirən görüntülər yayılıb.
Bu arada Argentina iğtişaşlar zamanı asayişin bərpasına kömək etmək üçün Ekvadora təhlükəsizlik qüvvələrini göndərməyə hazır olduğunu açıqlayıb.
Peru həmçinin Ekvadorla sərhəddə xüsusi polis qüvvələrinin dərhal yerləşdirilməsinə göstəriş verib.
Xuraman Etibarlı
www.yenicag.az