!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“El Çapo”nun oğlu həbs edildi: Meksikada silahlı qarşıdurma yaşandı - VİDEO

!Reklam – Yazi

Meksika hökuməti “El Çapo” ləqəbli məşhur narkobaron Xoakin Qusmanın oğlu Ovidio Qusmanı həbs edib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Ovidionun həbsi hadisənin baş verdiyi Kulyakan şəhərinin müxtəlif yerlərində qarşıdurmalara səbəb olub.

Sosial mediada zorakılıq səbəbilə günün əksər hissəsi bağlı qalan hava limanında yanan yük maşınları və oranın atəşə tutulması görüntüləri yayılıb.

Bununla əlaqədar Sinaloa ştatının ictimai təhlükəsizlik naziri vətəndaşlara təhlükəsiz yerlərə sığınmağı tövsiyə edib.

Ovidio Qusman Mexikodakı ciddi rejimli “Altiplano” həbsxanasına aparılıb.

Ovidio Qusman 2019-cu ilin oktyabrında federal hakimiyyət orqanları tərəfindən saxlanılsa da, daha çox qan tökülməsinin qarşısını almaq üçün ölkə Prezidenti Andres Manuel Lopes Obradorun əmri ilə sərbəst buraxılıb.

ABŞ Dövlət Departamenti iddia edir ki, Ovidio və onun qardaşı Xoakin ayda iki tondan çox narkotik istehsal edən on bir metamfetamin laboratoriyasına nəzarət edirlər.

Onların atası isə 2019-cu ildə narkotik alveri, silah alveri və çirkli pulların yuyulmasında ittiham olunaraq ABŞ-də ömürlük həbs cəzasını çəkir.

Ovidio Qusmanın həbsi ilə bağlı Meksikanın Kulyakan ştatında təhlükəsizlik qüvvələri ilə narkotik kartelinin silahlıları arasında 12 saatlıq qarşıdurma olub.

Hadisə nəticəsində 27 nəfər (azı 3 mülki şəxs) yaralanıb, Milli Qvardiyanın əsgəri ölüb.

Cinayətkarlar 250-yə yaxın avtomobili qaçırıb və yandırıb, azı 18 küçəni bağlayıb, 3 hava limanının işini dayandırıblar. Yerli media quldurların Meksika Hərbi Hava Qüvvələrinin 2 helikopterinə və nəqliyyat təyyarəsinə iriçaplı silahlardan atəş açdığını, sonuncunun eniş zamanı zədələndiyini və alovlandığını bildirib. Onların fikrincə, qurbanlar daha çox ola bilər./Oxu.az/

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv