“Əl-Qaidə” ölüm siyahısını AÇIQLADI

media-hightechnic-468x90

скачанные файлы (5)“Əl-Qaidə” qruplaşmasının yayımladığı “İnspire” jurnalı öldürülməsi gərəkən amerikalı biznesmenlərin siyahısını dərc edib.

Siyahıda “Microsoft”un yaradıcısı Bill Geyts, Nyu-Yorkun keçmiş meri Maykl Blumberq, milyarderlər Uorren Baffet, Çarlz, Devid Kox qardaşları və s. tanınmış biznesmenlər var.

“Əl Qaidə” qruplaşması həmin şəxslərin İsrailin yürütdüyü siyasətə etiraz etmələri və sərvətlərini Amerika xaricinə yatırmaları halında “ölüm siyahı”dan çıxarılacaqlarını da bildirib.

Paralel olaraq, “Əl-Qaidə” ABŞ-dakı qaradərili əhalini qruplaşmaya üzv olmağa çağırıb.

“Əl-Qaidə” teror təşkilatının lideri Ayman Əl –Zəvahiri bundan qabaq, təşkilatın “İslam dövləti”nə hərbi dəstək ola biləcəklərini demişdi(modern).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600