Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elçibəyin yubiley tədbirinin vaxtı açıqlandı

Bu gün “Elçibəy-80” İctimai Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda indiyə kimi görülən işlərlə bağlı məruzə dinlənilib.

İclasda millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, partiya sədrləri Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn, Sülhəddin Əkbər, Arzu Səmədbəyli və digər ictimia-siyasi şəxslər iştirak edib.

Qərara alınıb ki, Əbülfəz Elçibəyin 80 illik yubileyi tədbiri 22 iyun saat 11-də keçiriləcək. İyunun 24-ü saat 10:30-da Əbülfəz Elçibəyin məzarı ziyarət olunacaq.

80 illik yubileylə bağlı təkliflər hazırlanması və işlərin davam etdirilməsi üçün İşçi Qrupuna tapşırıqlar verilib. Yazının müsabiqəsinin gedişatı, kitabların nəşri və xüsusi buraxılışla bağlı məlumatlar dinlənilib və bu istiqamətdə işlərin sürətləndiriləsi tövsiyə olunub.

Bundan başqa, Arzu Səmədbəyli çıxışında məlumat verib ki, iyunun 9-u və 10-da Ankarada, Moskvada və İsveçin Göteburq şəhərində Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək. (Qafqazinfo)

Loading...

www.yenicag.az

1045
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100