Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Eldar Mirzəliyev: Vətən müharibəsi dövründə bir yumruq olan xalq, Qarabağın bərpasında da birlik nümayiş etdirəcək

Vətən müharibəsi dünyaya bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Biz müzəffər xalq kimi özümüzü bir daha təsdiq etdik və bununla daima qürur hissi keçirəcəyik.

Bu müddət ərzində həm döyüş meydanında – səngərdə, həm də diplomatik masada, informasiya məkanında uğurlar qazandıq.  Bü ölkəmizdə olan güclü dövlət  və xalq birliyinin nəticəsidir. Dövlət başçısı cənab İlham Əliyev bu birlikdən güc alaraq  bütün təhdidləri, siyasi təzyiqləri dəf etdi, iradəsi ilə Azərbaycan xalqının maraqlarını qətiyyətlə müdafiə etdi. Apardığı məqsədyönlü xarici və daxili siyasətinin nəticəsində tarixi qələbə qazandı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz xalqımızın 30 illik həsrətinə son qoydu. Artıq erməni təcavüzündən azad olunmuş Qarabağ üçün yeni dövr, Böyük Qayıdışa xidmət edən layihələrin icrasına başlanılıb. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, həmçinin təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu yaradılmışdır. Azərbaycan xalqı bu Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürməklə milli-mənəvi birliyimizi, vətənə, torpağa sevgisini nümayiş etdirəcəkdir. Qarabağın bərpasında hər birimizin payı olacaqdır. Bununla da Qarabağın bizim üçün nə qədər əhəmiyyət kəsb etdiyini bir daha göstərmiş olacağıq.

Şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı göstərilməsi hər zaman dövlətin əsas prioritetlərindən biri olub. Bu gün  yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün “YAŞAT” Fondunun yaradılması buna bariz nümünədir. Özündə böyük humanitar missiyanı əhatə edən “YAŞAT” Fonduna könüllü ödəmələr bu gün də davam edir.

Dövlət Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin hər bir müraciətinə həssaslıqla yanaşır , onların sosial və digər problemlərinin qısa müddət ərzində həllinə nail olur.

Həmçinin Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın da ödənilməsi prosesi dövlətin nəzarətindədir. Mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülür. Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyacları təmin edilir və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət tərəfindən maliyyə yardımları göstərilir. Dövlətin qayğısı zər­ər çəkmiş bütün mülki əhalini əhatə edəc­əkdir.

Əminəm ki, ən qısa zamanda işğaldan azad edilmiş rayon və şəhərlərimizdə vətəndaşlarımızın layiqli yaşayışı təmin olunacaq,  bu bögələrimiz respublikamızın inkişaf etmiş regionları sırasında öz layiqli yerlərini tutacaqlar.

Torpaqlarımızın azad olunmasını, tarixi ədalətin bərpa edilməsini bizə qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə borcluyuq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və can sağlığı diləyirik!

Suraxanı rayonu  Qaraçuxur Bələdiyyəsinin üzvü,

Hüquq Məsələləri Daimi Komissiyasının sədri 

Eldar Mirzəliyev

Loading...

www.yenicag.az

366
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100