Elektrik mühərrikli avtomobillərin sayı 10 dəfədən çox artıb

media-hightechnic-468x90

2022-ci illə müqayisədə 2024-cü ildə elektrik mühərrikli avtomobillərin sayı 10 dəfədən çox artıb. Hibrid avtomobillərin sayı isə sözügedən dövr ərzində 2 dəfədən çox artıb.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Dövlət proqramlarının idarə edilməsi şöbəsinin müdiri Vüsal Abbasov 30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində “Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı” mövzusunda keçirilən panel müzakirədə deyib.

“Ölkəmizdə bu yöndə aparılan islahatlar avtomobil parkının yenilənməsinə də öz töhfəsini verib. 2023-cü ildə yaşı 5 ilədək olan ümumi minik avtomobillərin xüsusi çəkisi 4,6% idisə, 2024-cü ildə bu göstərici 6,4%-ə çatıb”, – o bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600