Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

media-hightechnic-468x90

FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Brann” (Norveç) – “Utrext” (Niderland) matçının baş hakimi olacaq.

Referiyə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa