Elm və Təhsil Nazirliyindəki YUVALANMIŞ ŞƏBƏKƏ – Emin Əmrullayevin adamına niyə kimsə “bata bilmir”?

media-hightechnic-468x90

“Bu ilin may ayında paytaxtın 201 nömrəli tam orta məktəbinin direktoru Afaq Əliyeva müəllimləri məcbur edirmiş ki, məhkəmədə direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etsinlər. Müəllimlər “Xəzər TV”yə bildiriblər ki, buna etiraz etdikləri üçün direktor tərəfindən mütəmadi olaraq hədələniblər”.

Yenicag.az xəbər verir ki, bunu sabiq deputat Etibar Əliyev özünün sosial şəbəkə hesabında yazıb.

O, xatırladıb ki, Afaq Əliyeva Gəncə məktəblərinin birində yol verdiyi ciddi nöqsanlara görə Elm və Təhsil Nazirliyi onu Gəncədən qaçırıb Bakıya gətirib:

“Elm və təhsil nazirliyi belələrini dar ayaqda qoymaz. Axı o da şəbəkə üzvüdür…. XXI əsrin təhsilində məktəb direktoru müəllimləri üzə durmağa məcbur edir. Afaq Əliyevanın səs yazısının sosial şəbəkələrdə geniş yayılmasına baxmayaraq, nazirlik onun haqqında heç bir ölçü götürmədi və ayağı yer alan direktor məktəbdə 20 ildən çox müddətdə çalışan üç müəllimi eyni vaxtda işdən çıxardı”.

E. Əliyev həmçinin diqqətə çatdırıb ki, həmin müəllimlər “Xəzər TV”yə iddia edirlər ki, işdən çıxarılmalarına səbəb direktor Afaq Əliyeva ilə bağlı müvafiq qurumlara şikayət etmələridir:

“Emin müəllimin (Emin Əmrullayev – red.) sevimli məktəb direktoru adının hallandığı 4 məhkəmə işinin hər birini uduzub. Görünür ki, nazirlik artıq məhkəmə qərarlarını da saya salmır. Əslində, Emin müəllim Gəncə təhsilini viran qoyan Azərbaycan Dövlət Aqrar Universitetin məzunu Anar Qədimaliyev kimi birisini böyüdüb Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edəndə hər şey bəlli olmuşdu. Eyni şəbəkədir…”

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa