Əmək bazarına uyğun ixtisas seç: gələcəyini qazan

media-hightechnic-468x90

 

Bu gündən etibarən abituriyentlər üçün ixtisas seçimi mərhələsi başlayır. Bu, sadəcə bir fakültə və ya universitet seçimi deyil – bu, gələcək həyat yolunun, karyera istiqamətinin və peşəkar kimliyinin müəyyən olunması deməkdir. İxtisas seçim insanın həyatında verdiyi ən önəmli qərarlardan biridir.

media-whatsapp-image-2025-08-11-at-16-25-12

Bu seçim, sənin nə ilə məşğul olacağını, hansı sahədə dəyər yaradacağını və nə qədər rəqabətə davamlı olacağını müəyyən edir. Buna görə də, bu mərhələyə təkcə arzu və maraq əsasında deyil, həm də strateji düşüncə və məlumatlı qərarvermə ilə yanaşmaq olduqca vacibdir. Bugünkü əmək bazarında yalnız diplom kifayət etmir. İş dünyası artıq konkret bacarıqlara əsaslanan yanaşmanı üstün tutur. Yəni, işəgötürənlər sənə “haranı bitirmisən?” sualından daha çox, “nə bacarırsan?” sualını verirlər.Əgər ixtisas seçimini yalnız şəxsi istəklərə görə edirsənsə, bu o qədər də dayanıqlı seçim olmaya bilər. Əksinə, əmək bazarının real tələblərini nəzərə almaq, daha çevik və uğurlu bir karyera üçün əsasdır.Son illərin təhlilləri göstərir ki, aşağıdakı sahələrə olan tələbat artmaqdadır: Proqramlaşdırma və proqram təminatı mühəndisliyi,süni intellekt və maşın öyrənməsi, kibertəhlükəsizlik, data analitikası, rəqəmsal marketinq və sosial media menecmenti, dizayn və qrafik dizayn, logistika və təchizat zəncirinin idarə olunması, maliyyə və mühasibatlıq texnologiyaları, mühəndisliyin müxtəlif sahələri (xüsusilə energetika, avtomatika, texnologiya), biotexnologiya və tibbi mühəndislik. Bu sahələrdə təhsil alan məzunlar daha tez iş tapır, daha rəqabətli maaşlar qazanır və qlobal bazarlara çıxış imkanı əldə edirlər. Ənənəvi humanitar sahələrə – filologiya, tarix, fəlsəfə, pedaqogika və s. olan tələbat əvvəlki illərlə müqayisədə azalıb. Lakin bu, o demək deyil ki, bu sahələr tamamilə dəyərsizdir. Sadəcə bu istiqamətləri seçənlər paralel bacarıqlar qazanmalıdırlar. Məsələn, tərcüməçilər texniki sənədlərlə işləmə, CAT alətləri, süni intellektlə dəstəkli tərcümə proqramları, müəllimlər rəqəmsal tədris alətləri, onlayn dərs metodikası, interaktiv platformalardan istifadə bacarıqları əldə etməldir. Yəni, əsas məsələ klassik ixtisası müasir bacarıqlarla birləşdirməkdir.Hər sahədə vacib olan ümumi bacarıqlara gəlincə, hansı sahəyə getməyindən asılı olmayaraq, kompüter və texnoloji biliklər, xarici dillər, xüsusilə ingilis dili, layihə idarəetməsi və komanda ilə işləmək bacarığı, analitik düşüncə və problem həll etmə, rəqəmsal alətlərlə işləmək, yaradıcı və çevik düşüncə kimi bacarıqlar mütləq lazım olacaq. Bu bacarıqlar həmin şəxsləri əmək bazarında digərlərindən fərqləndirəcək və daha çox fürsət qazandıracaq. Bütün bunar onu deməyə əsas verir ki, abituriyentlər bu gün sadəcə universitet ixtisası seçmir, həm də gələcəyini seçir. Ona görə də bu qərar daha məsuliyyətlə və strateji yanaşma ilə verilməlidir.

Çinarə Ağayeva,
biznes konsultant

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa