!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik: "İnflyasiyadan dəyərsizləşən təqaüdlər..."

!Reklam – Yazi

Bir neçə gün öncə Milli Məclisin iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Qanuna 43 dəyişiklik layihəsi qəbul edilib. Layihəyə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur. Pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaq. Bildirilib ki, yeni dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Mövzu ilə bağlı iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında bildirib ki, dəyişiklərin yaşa görə müavinətə təsiri yoxdur:

“Nəzərdə tutulan dəyişikliklər 18-20 min pensiyaçının təqaüdünə təsir göstərəcək. Bu isə 1,6 faiz pensiyaçını əhatə edir. Dəyişikliklər üçün 4,2 milyon manat vəsait ayrılacaq ki, bu da gələn il pensiyalar üçün nəzərdə tutulan vəsaitin 0,084 faizini təşkil edir. Dəyişikliklər pensiya yaşının azaldılmasına deyil, artırılmasına xidmət edir. Belə ki, gələn ilin iyul ayının 1-dən qadınlar üçün pensiya hüququ 63 il 6 aydan sonra yaranacaq. Dəyişikliklərin minimum pensiyaya təsiri olmayacaq. Pensiyaların minimum məbləği 240 manat olaraq qalır. Dəyişikliklərdən müsbət gözlənti odur ki, gələn ildən pensiyalar 14-15 faiz civarında indeksləşdiriləcək. Lakin bu, növbəti il pensiyaya çıxanlara şamil olunmayacaq və hazırda pensiya alanların inflyasiyadan dəyərsizləşən pensiyaları bu il üçün nominal əməkhaqqının artımına uyğun olaraq 1 yanvar tarixindən indeksləşdirilir”.

Gülşən Şərif

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv