Əməkdar artist şəhid Müşfiqin SƏSYAZISINI yaydı: Hər kəs gözyaşına boğuldu

Əməkdar artist, tanınmış aktyor Rafael İsgəndərov İkinci Qarabağ Müharibəsində şəhid olan Müşfiq Abbasovun səs yazısını yayımlayıb.

Yenicag.az xəbər verir ki, aktyor səs yazısını şəhidin fotoları ilə təqdim edib.

Qeyd edək ki, Ağdam rayonunun Abdalgülablı kəndindən məcburi köçkün düşən və övladları ilə birgə döyüşlərə qatılan Müşfiq Abbasovun ən böyük arzusu doğulduğu Abdal-Gülablı kəndinə qovuşmaq idi.

Elə səs yazısında da arzusunu dilə gətirib:

“Allah gələn il bayramı bizim kəndimizdə keçirməyi nəsib etsin, sizi də dəvət edək, görün nə kənd var imiş. Allah bizə onu qismət edər”.

Video hər kəsi gözyaşına boğub.

Səs yazısını təqdim edirik:

 

Cəvahir