Masazırın bəzi ərazilərində işıq olmayacaq

media-hightechnic-468x90

Bu gün Abşeron rayonunun Masazır qəsəbəsində bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bu barədə Yenicag.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Qaçaq Nəbi, Z. A. Tağıyev, Məhəmmədəmin Rəsulzadə, Nizami, Füzuli küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa