İranlı narkotacirlərdə 30 kiloqram marixuana aşkarlandı

media-hightechnic-468x90

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsi və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən İran vətəndaşları polisin əməliyyatı nəticəsində saxlanılıblar.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılan 23 yaşlı Hauri Qədirpuri və 26 yaşlı Süleyman Xezridən 30 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mütəşəkkil dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqələrinin müəyyən olunması istiqamətində əməliyyatlar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa