Əmisinin fermasından heyvan oğurlayan şəxs yaxalandı

media-hightechnic-468x90

Quba Rayon Polis Şöbəsinə rayonun Amsar kəndi ərazisində olan fermadan oğurluq edilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən rayon sakinləri Ümid Mehdiyev və İlham Rəcəbli saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 6 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan oğurlamaqla ümumilikdə zərərçəkmişə 6800 (altı min səkkiz yüz) manat ziyan vurublar.

Məlumat üçün bildirək ki, oğurluq edilən ferma İ.Rəcəblinin əmisinə məxsusdur.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600