!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ən populyar iPhone modelləri hansılardır? – HESABAT

!Reklam – Yazi

“Apple” istifadəçilərinin daha çox bahalı iPhone modellərinə üstünlük verdikləri müəyyən edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Consumer Intelligence Research Partners” (CIRP) Agentliyinin hazırladığı hesabatda qeyd olunub.

Mütəxəssislərin araşdırmasına əsasən, bu ilin aprel-iyun aylarında populyar amerikan brendinin ən çox satılan modelləri iPhone 11 və iPhone 12 Pro Max olub. Hər iki modelin satış göstəricisi 23 faiz təşkil edib.

Növbəti pillələrdə isə 5 faiz satış göstəricisi ilə iPhone 12 və 2018-ci il seriyalı iPhone Xr qərarlaşıb. iPhone 12 seiyasının bütün modellərinin ümumi satış həddi isə 63 faiz olub.

Ekspertlərin sözlərinə görə, smartfon həvəskarları bu ilin aprel-iyun aylarında daha çox bahalı modellərə üstünlük veriblər. Bu səbəbdən, ABŞ-da satılan iPhone modellərinin orta satış qiyməti 869 dollara yüksəlib.

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv