!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Avropa İttifaqını “yerinə oturtdu”

!Reklam – Yazi

“Ankara Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçiriləcək sammitində iştiraka görə Avropa İttifaqı qarşısında hesabat vermək niyyətində deyil”.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin PBS telekanalına müsahibəsində bildirib.

“Avropa İttifaqı bizi 52 il gecikdirəcək, ona yaxınlaşmağa imkan verməyəcək, sonra da soruşacaq: “Niyə bu ölkə ilə görüşdü, niyə başqa bir ölkə ilə görüşdü?” Mən danışıqlar aparacağam. Biz bu danışıqları apararkən Avropa İttifaqı qarşısında cavabdehlik daşımırıq.

Biz bütün dünya ölkələri ilə görüşürük. Mən cənab Si Çinpinlə görüşürəm, mən cənab Putinlə (Vladimir, Rusiya Prezidenti), cənab Modi ilə görüşürəm (Narendra, Hindistanın Baş naziri), bütün dövlətlərlə danışıqlar aparıram. Çünki biz hamımız bu dünyanın bir parçasıyıq”, – deyə o qeyd edib./Oxu.az/

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv