“Ərdoğan belə cəhdlərin son nəticədə Suriyanı parçalayacağını bilir” – ŞƏRH

media-hightechnic-468x90

“Müxtəlif qrupların Suriyanı parçalamaq planlarının olduğu heç kimə sirr deyil. Ərdoğan dəfələrlə bu barədə bəyanat verib, Suriyanın ərazi bütövlüyünün pozulmasına qarşı olduqlarını açıq şəkildə deyib”.

media-3kstf9sv8awj6zx0h1ot

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov Rəcəb Tayyib Ərdoğanın Suriyanın ərazi bütövlüyünün Türkiyə üçün böyük əhəmiyyət kəsb etməsi, Ankaranın bu prinsipə məhəl qoymayan heç bir hərəkəti qəbul etməyəcəyi mesajının kimə göndərildiyini şərh edərkən deyib.

Politoloq bildirib ki, bu bəyanat ilk növbədə kürd separatçılarına, həmçinin onları dəstəkləyən ABŞ və İsrailə yönəlib:

“Suriyanın neftlə zəngin olan əraziləri kürd terrorçu dəstələrinin əlindədir. Onlar uzun müddətdir muxtariyyət yaratmağa cəhd edirlər. ABŞ hərbçiləri də həmin bölgədə yerləşərək bu dəstələrə hər cür dəstəyi verirlər. Onların ilk mərhələdə muxtariyyət elan etmələri, sonradan isə dövlət yaratmaq istəyi heç kəsə sirr deyil.

Hakimiyyət dəyişdikdən sonra İsrail Suriyanın müəyyən hissəsini nəzarətə götürdü. Mərkəzi hökumət Suriyanın bütün ərazisində hələ öz hakimiyyətini tam gücü ilə təmin edə bilməyib. Müxtəlif qrupların Suriyanı parçalamaq planlarının olduğu heç kimə sirr deyil. Ərdoğan dəfələrlə bu barədə bəyanat verib, Suriyanın ərazi bütövlüyünün pozulmasına qarşı olduqlarını açıq şəkildə deyib”.

Abutalıb Səmədov bildirib ki, Türkiyəni narahat edən əsas məsələ İsrailin Suriyanın daxilinə nüfuz etməyə çalışması cəhdidir:

“İsrail Davud koridoru kommunikasıyasını reallaşdırmaq istəyir. Suriyanın İsrail nəzarətində olan hissəsindən başlayıb kürdlərin nəzarətində olan hissədən keçib İran sərhədinə qədər uzanan yola Türkiyə açıq şəkildə etiraz edir. Çünki belə cəhdlərin son nəticədə Suriyanı parçalayacağını bilir.

Suriya hökuməti Türkiyənin təsiri altında olsa da ABŞ ilə də yaxın münasibətlər qurmağa cəhd göstərir. Təbiidir ki, indiki Suriya hökuməti açıq şəkildə ABŞ-ə qarşı çıxmaq imkanına malik deyil. Hətta Bəşər Əsəd rejimi indiki Suriya hökumətindən daha yaxşı vəziyyətdə idi.

Bir sözlə, Ərdoğanın narahatçılığı da sadalanan bu proseslərlə bağlıdır. ABŞ və İsrailin Suriya ərazisindəki separatçılara verdiyi dəstək son nəticədə Suriyanın parçalanmasına gətirib çıxara bilər. Bu da Türkiyə və İranı ciddi şəkildə narahat edir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa