Ərdoğan BMT-də Azərbaycan və Ermənistandan danışdı
Avqustun səkkizində Azərbaycanla Ermənistan arasında daimi sülhə gedən addımların atılmasından məmnunuq.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.
“Azərbaycan və Ermənistan arasında sülhün təsisi üçün tərəfləri əvvəldən indiyə qədər cəsarətləndirdik”, – Ərdoğan bildirib.
O, bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
R.T.Ərdoğan qeyd edib ki, bununla əlaqədər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi davam edəcək./Report/