“Oktyabrın 18-də Ermənistan, Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərini ölkəmizdə qonaq etdik. Platformanın mühim ehtiyacı qarşıladığını görürük. Bu strukturu institutsional bir quruma çevirmək arzusundayıq. Qarabağda 30 illik işğalın sona çatması ilə birlikdə Cənubi Qafqazda davamlı sülhə istiqamətlənmiş önəmli fürsət yaxalanıb”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti toplantısından sonra mətbuata açıqlamasında bildirib.
“Can Azərbaycan ilə Ermənistanın bu istiqamətdəki səmimi işlərini yaxından izləyirik. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə çalışmağa davam edəcəyik”, – deyə Ərdoğan qeyd edib.
www.yenicag.az