Ərdoğan: “Meşələrimizə qıyanları tapıb ciyərlərini yandırmaq boynumuzun borcudur”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının baş verdiyi ərazilərdə olub.

Yenicag.az xəbər verir ki, Muğlanın Marmaris bölgəsində yanğınların olduğu ərazini gəzən Ərdoğan daha sonra jurnalistlərə açıqlama verib.

Ərdoğan yanğınların siyasət məsələsi olmadığını söyləyib. Prezident meşə yanğınlarına səbəb olanların tapılacağını bildirib.

“Meşələrimizə qıyanları tapıb ciyərlərini yandırmaq boynumuzun borcudur”, – deyə Ərdoğan qeyd edib.