ADY qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür

media-hightechnic-468x90

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür.

ADY-dən Yenicag.az-a verilən məlumata görə, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər salınıb.

Məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.

“Sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırırıq”, – məlumatda qeyd olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05