Ərdoğandan ABŞ-a sərt reaksiya: “Terrorçulara pulsuz silah verirsiniz, amma…”

ABŞ hökuməti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cangüdənlərinə silah satmaqdan imtina edib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, ABŞ Konqresində silah satışının dayandırılması ilə bağlı növbəti qərar qəbul olunub. 1,2 milyon dollarlıq razılaşmanın ləğvinə Türkiyə prezidenti sərt reaksiya verib:

“Pulumuzla sizlərdən silah ala bilmədiyimiz halda, nəyə görə terror təşkilatlarına pulsuz silah paylayırsınız?”

Xatırladaq ki, may ayında Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı prezidentin cangüdənləri ilə PKK tərəfdarları olan aksiyaçılar arasında qarşıdurma olmuşdu. Hadisədən sonra cangüdənlər barəsində cinayət işi açılmışdı.