Bakıda IV MİLLİ KİBERTƏHLÜKƏSİZLİK FORUMU keçirilir

media-hightechnic-468x90

Bu gün Bakıda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin baş tərəfdaşlığı ilə IV Milli Kibertəhlükəsizlik Forumu öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, forumun əsas məqsədi Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək vermək, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək, həmçinin beynəlxalq təcrübə və innovativ yanaşmaların paylaşılmasını təşviq etməkdir.

Forumda dövlət qurumları, özəl sektor nümayəndələri, beynəlxalq tərəfdaşlar, texnologiya şirkətləri və sahə üzrə ekspertlər iştirak edir.

Tədbir çərçivəsində ölkənin kibertəhlükəsizlik ekosistemi, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində təhsil və insan resursları, eləcə də kiber diasporanın formalaşdırılması mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə müzakirələr aparılacaq.

Bundan əlavə, forumun sərgi hissəsində müxtəlif şirkətlərin məhsul və həlləri təqdim olunacaq./APA-Economics/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05