Ərdoğandan açıqlama: Batsın bu dünya
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətlərarası “Qadın və Ədalət”adlı zirvə toplantısında çıxış edib:
“Hal-hazırda dünyada baş verən siyasi proseslərin öz həllini tapmadığını görürük. Demokratiyanı əldə bayraq tutanlar, insan qətliamlarına səslərini belə çıxarmırlar. Fələstində qətl edilən uşaq və qadınların yalvarışlarına ən adi reaksiya belə göstərmədilər. Suriyada 300 mindən çox insan öldürüldü. Mən qabaqcıl dünya liderləri ilə görüşürəm. Bütün olanları onlara çatdırıram. Ancaq bir fayda yoxdur”
Daha sonra Türkiyə prezidenti çıxışına belə davam edib: “Tək istədikləri var, o da neft. İkili standartların qarşısında qaldığımız dünyada, tək çatışmayan ədalət amilidir”.
Sonda Ərdoğan məşhur türk müğənnisi Orxan Gəncəbaydan sitat gətirib: “Gəncəbay çox gözəl mahnısı var.“ Batsın bu dünya deyə” Bəli. Batsın bu dünya”.