Ərdoğandan tarixi açıqlama

media-hightechnic-468x90

скачанные файлы (1)Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində yer alan dörd partiyanın liderləri ilə görüşəcəyini bildirib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, o, hökuməti formalaşdırmaq vəzifəsinin kimə həvalə olunacağını da açıqlayıb: “Hökuməti formalaşdırmaq vəzifəsini siyasi əxlaqımın yol verdiyi şəkildə ən çox səs qazanan siyasi partiyanın liderinə həvalə edəcəyəm. O, hökuməti qura bilməzsə, yenə də siyasi əxlaqımın yol verdiyi şəkildə bu hüququ ən çox səs toplayan ikinci partiyanın sədrinə verəcəyəm”.

Prezident əlavə edib ki, görüş üçün dörd partiya sədrini növbəti həftə ayrı-ayrılıqda da qəbul edə bilər.

Ərdoğan koalisiyanın qurulmayacağı halda isə Konstitusiyanın tələb etdiyi şəkildə təkrar seçki keçirilməsinin labüd olduğunu qeyd edib: “Mən buna erkən yox, təkrar seçki deyirəm. Çünki ölkənin hökumətsiz qalması düşünülə bilməz”.

Ölkə başçısı həmçinin investisiyaların və beynəlxalq əlaqələrin qırılmaması üçün hökumətin tezliklə qurulmasının vacibliyini də diqqətə çatdırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600