!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın Qarabağ səfərinin əsas mesajı… - “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” üçüncü sezonunun ikinci buraxılışı ilə görüşünüzə gəlib.

Bu dəfəki mövzu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti Qarabağ səfəri və bu səfər zamanı baş verənlər ilə bağlıdır.

Buraxılışın videosu:

Buraxılışın mətni:

Ərdoğan bu il üçüncü dəfədir ki, Qarabağdadır. Bəli, Şuşa Bəyannaməsinin kağızdan ibarət olmadığının göstəricisidir əslində bu səfərlər. Bu, həm də Azərbaycan Prezidentinin dediyi kimi, Türkiyənin bizimlə birlikdə Qarabağda olduğunun nişanəsidir. Bu “Türkiyə danışıqlarda yoxdur” iddiasına da ən tutarlı cavabdır.

Bəli, bölgədə ciddi hadisələr baş verir. ABŞ regionda qurulan yeni düzəni hər vəchlə pozmağa çalışır. Azərbaycan-Türkiyə-Gürcüstan-Ermənistan-Rusiya və Çin isə bölgəni dəyişdirəcək yeni projelərin təməllərini qoyurlar.

Məsələn, Zəngəzur dəhlizinin. Bu, Füzuli aeroportunun açılışından daha çox yer edəcək bölgədə köhnə hamamla tasın qalmasını istəyənlərə. Bu dəhlizin təməlinin məhz Ərdoğanla Əliyev tərəfindən qoyulması Arazı ayırmaqdan daha ağır təsir edəcək ağayi Rəisiyə, ağayi Zərifə və təbii ki, cənab Baydenə…

Maraqlıdır ki, ABŞ-ın “əzəli düşməni” İran bizim məsələdə amerikan əlinə oynamaqdadır. Bəlkə də burada məqsəd “tort”dan daha çox pay qoparmaqdır. Fəqət bütün bunlar bir gerçəyin üstünü örtə bilmir: Türkiyə üç əsr sonra Qafqazdadır və bundan sonra kimsənin quyruğu var deyə buradan getməyəcək… Elə Azərbaycan da əsla istədiyiniz o köhnə Azərbaycan olmayacaq…

Bu arada olan Cahangir Əsgərova oldu. Ərdoğanın “bığ radar”ına düşdü və Zəngilan aeroportunun açılışına qədər gərək bığ saxlaya. Çünki rəisin bığla bağlı həssasiyyəti var və ətrafındakıların bığ saxlamasının əsas səbəbi də odur. İndi də Cahangir müəllim məcburən qoşuldu o dəstəyə. Növbədə hansı bığsız nazirimizdir, görəsən?..

***

Qeyd edək ki, yayında olduğu iki sezon hər həftənin şənbə günü görüşə gələn “A-dan Z-yə Aqil Ələsgərlə” proqramının format və tarixi ilə bağlı yenilik olub. Belə ki, proqram bu sezonda həftə sonu deyil, həftəiçi, aktual mövzulardan asılı olaraq, bir neçə dəfə görüşünüzə gələcək.

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv