Ərdoğanla Baydenin görüşü başa çatdı – VİDEO

Ərdoğanla Baydenin təkbətək görüşü 45 dəqiqə davam edib.

Hazırda görüş hər iki tərəfin nümayəndələrinin iştirakı ilə davam etdirilir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında təkbətək görüş başlayıb.

Brüsseldə keçirilən görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilir.

***

NATO üzvü ölkələrinin dövlət və hökumət başçılarının Brüsseldəki Zirvə toplantısı start götürüb.

Yenicag.az xəbər verir ki, toplantı ərəfəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında ayaqüstü görüş baş tutub.