Ərdoğanla Baydenin görüşünün vaxtı məlum oldu

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşəcəyi tarix açıqlanıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlərin görüşü bazar günü, oktyabrın 31-də baş tutacaq.

Görüş zamanı ABŞ istehsalı olan taktiki-qırıcı təyyarələr (F-15) və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacağı bildirilir.

Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri “Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa