Ərdoğanla Paşinyan arasında telefon danışığı oldu - YENİLƏNDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, telefon danışığı zamanı iki ölkə arasındakı normallaşma prosesi müzakirə edilib.
Paşinyan Ərdoğanı Qurban, Ərdoğan da, öz növbəsində, qarşı tərəfi Vardavar bayramı münasibətilə təbrik edib.
“İki lider bu çərçivədə xüsusi nümayəndələrin iyulun 1-dəki görüşündə razılıq əldə edilən xüsusların yaxın zamanda tətbiq edilməsi yönündəki gözləntilərini ifadə etdilər”, – deyə açıqlamada bildirilib.
***
16:27