Ərəbşalbaşda transformator və elektrik dirəkləri yandı

Qobustan rayonunun Ərəbşalbaş kəndində transformatorun sarğıları və yaxınlıqda olan 2 ədəd elektrik dirəyi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.