Biləsuvarda avtomobil qaçıran şəxslər saxlanıldı

media-hightechnic-468x90

Axşam saatlarında Biləsuvar şəhəri ərazisində yolun kənarında saxlanılmış “Vaz 21074” markalı avtomobilin naməlum şəxslər tərəfindən qaçırılması barədə polisə məlumat daxil olub. 

Yenicag.az-ın məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Abbaslı və İ.Məmiyev saxlanılıblar. Məlum olub ki, həmin şəxslər avtomobilin qapısının açıq, açarının isə üzərində olmasından istifadə edərək nəqliyyat vasitəsini qaçırıblar.

Avtomobil tapılaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa