Erməni əsgər naməlum şəraitdə güllələnib – Dağlıq Qarabağda

Dağlıq Qarabağda erməni əsgər naməlum şəraitdə güllələnib.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun bir hərbçisi bu gün 11:00 radələrində öldürülüb.

Cəbhə xəttində xidmət edən 1999-ci il təvəllüdlü əsgər Hamlet Qriqoryan naməlum şəraitdə aldığı güllə yarasından öldüyü bildirilir.

Hazırda hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

COP29