Paşinyanın Türkiyə səfərində biabırlıq: Kilsə Baş nazirə qapılarını bağladı - DETALLAR

media-hightechnic-468x90

Ötən həftənin önəmli siyasi hadisələrindən biri də Ermənistan Baş naziri Nİkol Paşinyanın Türkiyəyə səfəri idi.

Yenicag.az xəbər verir ki, kilsə ilə Paşinyan arasında yaşanan gərginlik fonunda Türkiyəyə səfər edən Ermənistanın Baş naziri burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşmüşdü.

İstanbula gələr-gəlməz Qumqapıdakı Məryəm Ana Kilsəsini ziyarət edən Paşinyan Bezciyan emrəni məktəbinə də baş çəkmişdi. Maraqlıdır ki, cümə günləri açıq olan İstanbul Patriarxlığı Paşinyana etiraz olaraq qapadılıb və onu heç bir ruhani lider qarşılamayıb.

Patriarxlığın bağlanmasına etirazlar isə gecikməyib. Bu etirazlardan sonra patriarxlıq açıqlama verib. Açıqlamada bütün ermənilərin katolikosu II Qareginlə Paşinyan arasındakı gərginliyə səssiz qala bilməyəcəkləri vurğulanıb:

“Patriarxlığımız öz reaksiyasını baş nazirə çatdırmağı məqsədəuyğun saydı. Burada məqsəd hazırkı gərgin mühitin bütün erməni dünyasında narazılıq cərəyanı və neqativ mühit yaratdığını əks etdirməkdir”.

Patriarxlığın bu açıqılamasından sonra AGOS qəzeti manşetində bu hadisəyə yer ayırıb və patriarxlığın bu mövqeyini sərt tənqid edib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600