!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan Azərbaycanın son təkliflərinə cavab verdi: Sülh müqaviləsi ilə bağlı son VƏZİYYƏT – VİDEO

!Reklam – Yazi

Dünən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlamasında bəyan edib ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib.

Bu gün isə rəsmi Bakı tərəfindən təsdiqlənən məlumata görə, son təkliflər paketində yer alan müddəalardan aydın olur ki, tərəflər arasında qaranlıq qalan bəzi məsələlər artıq öz həllini tapmağa doğru irəliləyir. Hətta Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün macarıstanlı həmkarı Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında söyləyib ki, bir sıra maddələr üzrə pozitiv inkişaf da müşahidə edilməkdədir

Xatırladaq ki, bundan əvvəl aprelin 8-də İrəvan Bakının saziş layihəsi ilə bağlı 8-ci təkliflər paketini də cavablamışdı.

Yenicag.az-la söhbətində Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, burada əsas məsələ yekun sənədin hazır olmasıdır.

Rafi Müslümov
Samir Məcidov

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv