Ermənistan Ədliyyə Nazirliyi kiberhücumlar barədə xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistan Ədliyyə Nazirliyinin Fərdi Məlumatların Mühafizəsi Agentliyi Booking.com mehmanxana otaqlarının sifarişi saytına kiber hücumların olduğunu bildirib.
Saytdan istifadə edərək oteldə nömrə bron etmiş insanlara məktublar göndərilir.
“Fırıldaqçılar bu saytdakı otel hesablarını sındırır və öz adları ilə bu otellərdə nömrə bron etmiş insanlara məktublar göndərirlər”, – mesajda deyilir.
Xuraman Etibarlı
www.yenicag.az