Yenicag.az erməni KİV-lərinə istinadən məlumatına görə, onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.
XİX-dən bildiriblər ki, mətbuat konfransı ilə əlaqədar toplanan materiallar əsasında Akopyana qarşı “ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” maddəsi ilə cinayət işi başladılıb.
Bu maddə üzrə maksimum cəza 6 il azadlıqdan məhrumetmədir.
Bundan öncə Ermənistan Müdafiə Nazirliyi Akopyanın silahlı qüvvələrin quruluşunu və hərbi hissələrin xüsusiyyətlərini açıqlayaraq son dərəcə təhlükəli açıqlamalar verdiyini bildirmişdi. Nazirlik onun söylədiklərinin açıqlanması cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnməli çox gizli məlumatlar olduğunu söyləmişdi.
www.yenicag.az